Milli Azərbaycan Tarixi Muzeyində Bərpa Laboratoriyasının təşəbbüsü ilə “Maddi mədəniyyət nümunələrinin fondlarda mühafizəsi” mövzusunda seminar keçirilmişdir.
Seminarın açılışını Muzeyin Elmi Fond İşləri üzrə direktor müavini Məhfuzə xanım Zeynalova öz çıxışı ilə açdı. Sonra Bərpa laboratoriyasının müdiri Təhsib Zəvərli Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun köməyi ilə əldə olunan avadanlıqların tətbiqinin perspektivləri haqqında danışdı. Sonda isə bərpaçı rəssamlar – Gülşən Hacıyeva, Nuridə Hüseynova, Qənirə Məmmədova seminarda iştirak edən fond müdirləri və muzey işçilərinə eksponatların mühafizəsinə dair öz tövsiyyələrini və məsləhətlərini vermişlər.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.