XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
09 Fevral, 2015
Milli Azərbaycan Tarixi Muzeyində 1905-ci il soyqırımının 110 illiyinə həsr olunmuş Dəyirmi masa keçirildi

Bu gün AMEA Milli Azərbaycan Tarixi Muzeyində Heydər Əliyev İrsinin Araşdırma Mərkəzi ilə Milli Azərbaycan Tarixi Muzeyinin birgə təşkil etdikləri  ermənilərin 1905-ci ildə Bakı şəhərində törətdikləri soyqırımın 110-cu ildönümünə həsr olunmuş tədbir keçirildi.


Muzeyin Konfrans zalında keçirilən Dəyirmi masanı  giriş sözü ilə Muzeyin direktoru akademik Nailə Vəlixanlı açıq elan etdi. O, öz çıxışında belə dəyirmi masanın mühüm tarixi əhəmiyyət kəsb etdiyini və erməni soyqırım köklərindən olan 1905-ci il soyqırımı - qanlı tariximizi unutmamağı və belə tədbirlərin tez-tez keçirilib gəncləri maarifləndirməyin vacibliyini qeyd etdi. Sonra “1905.az” portalının yaradıcısı Fuad Babayev çıxış edərək 1905.az portalı haqqında – onun fəaliyyəti, təbliği ilə bağlı qonaqları məlumatlandırdı. Dəyirmi masada tanınmış tarixçi alimlər – Anar İskəndərov, Firdovsiyyə Əhmədova, Solmaz Rüstəmova-Tohidi, Fərhad Cabbarov  və b., ictimai xadimlər, Muzeyin elmi işçiləri, media mənsubları  iştirak edirdilər.

Mühüm tarixi əhəmiyyət kəsb edən bu dəyirmi masada tarixçi-alimlər bu mövzu ilə bağlı öz dəyərli fikirlərini söyləyib, ermənilər tərəfindən törədilən  1905-ci il soyqırımını müzakirə etdilər və nəzəri-praktik cəhətdən öz tövsiyyələrini irəli sürdülər. Burada Nazim Mustafa, Solmaz Rüstəmova-Tohidi, Anar İskəndərov 1905-ci il soyqırımı ilə bağlı çıxış edərək qonaqlara bu soyqırımın tarixçəsi haqqında ətraflı məlumat verdilər. Disskusiyanın sonunda tarixçi alimlər 1905-ci il soyqırım tarixini dərindən araşdırıb, tədqiq edib bütün dünyaya təbliğ olunmasını təklif etdilər.

Tədbirin sonunda qonaqlara Milli Azərbaycan Tarixi Muzeyinin nəşrləri – kataloq, bukletlər, eləcə də “İRS”-Beynəlxalq jurnalının növbəti nömrələri paylandı. 

1905az 1905az 1905az 1905az 1905az