XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
11 Fevral, 2015
Muzeyə II Dünya müharibəsi ilə bağlı yeni materiallar daxil olmuşdur

Milli Azərbaycan Tarixi Muzeyinin Hədiyyələr və Xatirə Əşyaları Fonduna 1941-ci ildə Brest qalasının müdafiəçisi olmuş həkim Qədirov Muxtar Şıxmahmud oğluna məxsus materiallar verilmişdir.


Bu materiallar Muxtar Qədirovun şəxsi əşyalarından – tibbi ləvazimat, tibbi qab, tibb pinseti və qələmdən ibarətdir.

Tibb ləvazimatı gümüş rəngli metaldan olub, sterilizasiya üçün istifadə edilmişdir. Ağ rəngli fayansdan ibarət olan tibbi qab isə tibb alətlərini saxlamaq üçün istifadə olunurdu.