Milli Azərbaycan Tarixi Muzeyinin ekpozisiyasında XVIII əsrə aid sufi (Xəlvətiyyə) təriqətinə məxsus əmmamə nümayiş olunur.
Sufi təriqətinin hər birinin özünəməxsus simvolu olmuş və bunlar da onların tac dedikləri papaqlarında əks olunmuşdur. XIV-XV əsrlərdə Azərbaycanda yaranan və buradan da bütün dünyaya yayılan xəlvətiyyə təriqətinin simvolu hesab olunu tac dörd bölümlü 40 ədəd xətdən ibarətdir. Bunun mənası budur: Dörd hissə İxlas surəsinin dörd ayəsinə işarədir. Bunun ortaya çıxması mənbələrdə təriqətin ilk qurucusu olan şamaxılı Pir Ömər xəlvətinin şeyx olan zaman yuxusunda Hz.Məhəmməd (ə)-ın onun başına bu şəkildə olan papağı qoyduğunu görməsiylə ortaya çıxdığı deyilir. İxlas surəsinin ayələri Allah-təalnın tək və bənzərsizliyini, yəni İslamın tövhid əqidəsini ifadə edir. Qırx rəqəminin isə təsəvvüfdə bir çox mənaları vardır. Sufi məqamlarının qırx olması xəlvətidə qırx gün qalmaqla dərvişin könlünə ilham nurlarının axmağa başlaması, uşağın ana bətnində qırxıncı günü ruhla qovuşması kimi izah edilir.
Seyid Yahya Bakuvinin tələbələrindən biri olan Xaçmazın Pirlər kəndindən Yusif Mişkiri xəlvətiliyin bir qolunu davam etdirmişdir. Ədül Məcid Şirvani Sivasda xəlvətiliyi yaymışdır. Ona görə də, bu təriqət Sivasi təriqəti adlanır. İstanbulda Eyüb Sultan tərəfdə tapılan Xəlvətiliyin Sivasi qoluna aid əmmamə Qafqaz Universitetinin müəllimi, t.ü.f.d. Mehmet Rıhtım tərəfindən Azərbaycan Milli Tarix Müzeyinə hədiyyə verilmişdir. Pambıq külah üzərindən yaşıl çit parça dolanmış əmmamənin hündürlüyü 20 sm, diametri 27 sm-dir.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.