XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
12 Fevral, 2015
“Elm- Təhsil –Muzey vəhdətinə məntiqi yanaşma” layihəsi haqqında növbəti xəbər

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Baş Təhsil idarəsi və  Milli Azərbaycan Tarixi Muzeyinin birgə həyata kecirdiyi “Elm- Təhsil –Muzey vəhdətinə məntiqi yanaşma” layihəsi əsasında növbəti görüş keçirildi.


2015-ci il fevralın 7-də Milli Azərbaycan Tarixi Muzeyinində qalib şagirdlərlə “Eksponatlar tarixdən danışır” mövzusunda “Elmi maarif” şöbəsinin aparıcı elmi işçisi Nardanə Yusifova növbəti dərs apardı. Şagirdlərə Milli Azərbaycan Tarixi Muzeyində qorunub saxlanan ekponatların əsasında disskusiya şəklində təşkil edilmiş dərsdə maraqlı məlumatlar verildi. Bir eksponatın timsalında bütün fənlərin vəhdətini araşdırmaq şagirdləri çox maraqlandırdı və onlar da öz maraqlı fikirlərini bildirdilər.

Sonda növbəti dərsin mövzusu “Xalçalar da tarixdən danışır ” mövzusunda növbəti şənbə günü dərsin aparılması elan olundu.