XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
12 Fevral, 2015
Muzey əməkdaşının “Müsəlman Şərqində ilk qızlar məktəbi” adlı məqaləsi dərc olunub

        Portuqal dilində çap olunan “İrs-Miras” beynəlxalq jurnalının növbəti (“İrs-Herança”, 2 (3), 2014, s. 10-15) nömrəsində Muzeyin elmi katibi t.ü.f.d. Fərhad Cabbarovun “Müsəlman Şərqində ilk qızlar məktəbi” adlı məqaləsi dərc olunub.


Məqalədə neft milyonçusu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev tərəfindən yaradılan ilk qız məktəbinin tarixindən bəhs olunur. Ömründə heç bir xüsusi təhsil almamış xeyriyyəçi H.Z.Tağıyev millətinin maariflənməsinə, təhsilin və mədəniyyətin inkişafına köməkdən mənəvi rahatlıq tapırdı. 110 il öncə - 1901-ci ildə H.Tağıyevin Bakıda min bir əzab-əziyyətlə açdığı qızlar gimnaziyasının azərbaycanlı qızların elmə, təhsilə vaqif olmalarında, maariflənmələrində, savadlı, ziyalı xanım yetişmələrində böyük rolu olmuşdur. Bu məktəbi bitirən onlarla azərbaycanlı qız sonradan millətimizin tərəqqisində yaxından iştirak etmişlər.      

     Məqalənin tam mətni ilə saytın “Muzey KİV-də” bölməsində tanış olmaq olar.