Bu günlərdə Muzeyin ekspozisiyasına Azərbaycanın qədim tarixini, xalqımızın zəngin maddi və mənəvi mədəniyyətini özündə ehtiva edən maraqlı arxeoloji eksponat təhvil verilib.
Bu eksponat 1984-cü ildə Şəmkirçayla Gəncəçay arasında, Qaracəmirli kəndi yaxınlığında yerləşən 1 saylı kurqanda arxeoloq Münəvvər Hüseynovanın rəhbərliyi ilə aparılan arxeoloji qazıntılar zamanı aşkarlanıb. Eksponat ağzının kənarlarındakı yuvalara dörq quş fiquru keçirilmiş çölmək tipli qabdan ibarətdir. Əfsuslar olsun ki, qabın əsli Muzeyə təhvil verilməyib və onun harada saxlanması barədə dəqiq məlumat yoxdur. Hazırki qab isə əslinin qrafik təsviri əsasında 2014-cü ildə Muzeyin Bərpa laboratoriyasında bərpaçı-rəssam Əmiryusif Zəvərov tərəfindən gipsdən düzəldilmiş və qara boya ilə rənglənmişdi.
Ehtimal olunur ki, bu qab əsasən ayini məqsədlər üçün istifadə olunub. Onun dəfn avadanlığına daxil olması da təsadüfi deyil. Oxşar qablar Qaracəmirlinin 2 və 3 saylı kurqanlarından da tapılıb. Eksponat Azərbaycanın qədim sakinlərinin ideoloji təsəvvürlərinin, dəfn adətlərinin, məşğuliyyətlərinin öyrənilməsində, eləcə də arxeoloji əsərlərin yazılmasında qiymətli əşyavi mənbə rolunu oynaya bilər.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.