Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Baş Təhsil idarəsi və Milli Azərbaycan Tarixi Muzeyinin birgə həyata kecirdiyi “Elm- Təhsil –Muzey vəhdətinə məntiqi yanaşma” layihəsi əsasında növbəti görüş keçirildi.
2015-ci il fevralın 14-də Milli Azərbaycan Tarixi Muzeyində qalib şagirdlərlə “Xalçalar da tarixdən danışır” mövzusunda “Elmi maarif” şöbəsinin aparıcı elmi işçisi Nardanə Yusifova növbəti dərsi ekspozisiya zalında xalça dəzgahının yanında əyani olaraq apardı. N.Yusifova xalçanın təbiətlə, cəmiyyətlə, məişətlə əlaqəsini tarixi əsaslarla şagirdlərin başa düşəcəyi səviyyədə izah etməyə çalışdı.
Şagirdlərə Milli Azərbaycan Tarixi Muzeyində qorunub saxlanan daha qədimi xalçalar haqqında da məlumat verildi. Bir eksponatın timsalında bütün fənlərin vəhdətini araşdırmaq şagirdləri çox maraqlandırdı və onlar da öz maraqlı fikirlərini bildirdilər.
Sonda “Tarix- keçmişlə gələcək arasında sanki bir körpüdür” mövzusunda növbəti şənbə günü aparılacaq dərs elan olundu.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.