AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Ekspozisiya Təhlükəsizliyi üzrə direktor müavini, t.ü.f.d. Əliyeva Həbibə 2015-ci ilin yanvar ayında Makedoniyanın Ohrid şəhərində keçirilmiş “Mədəni irs, yerli iqtisadi inkişaf, turizm və media arasında interdisiplinar əlaqələrə baxış” adlı III Beynəlxalq Konfransda iştirak etmişdir.
O konfransda “Mədəni irsin qorunmasında muzeylərin rolu və problemlər” adlı məruzə ilə çıxış etmiş mövzuya uyğun slayd nümayiş etdirmişdir. Slaydda Azərbaycanın dövlətçilik rəmzləri olan bayrağı, gerbi, xəritəsi və Azərbaycanda yerləşən muzeylərin, işğal altında olan tarixi abidələrimiz və 22 muzeyin ermənilər tərəfindən talan olunan görüntüləri ilə yanaşı açıq səma altında olan “Şəhidlər xiyabanı” tamaşaçılara təqdim olunmuşdur.
Onu da qeyd edək ki, Mustafa Kamal Atatürkün ata yurdu olan Qocacıq kəndində Jupa bələdiyyəsində Azərbaycanın nümayəndə heyəti “Qanlı yanvar” hadisəsinin 25-ci ildönümü ilə əlaqədar anma tədbiri keçirmiş və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Milli Azərbaycan Tarixi Muzeyi adından İsgəndəriyyə Kitabxanasına 2010-cu ildə nəşr edilmiş “Milli Azərbaycan Tarixi Muzeyinin inciləri” və muzey eksponatlarından ibarət broşürlər hədiyyə edilmişdir.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.