Milli Azərbaycan Tarixi Muzeyinin strukturunda mühüm tarixi əhəmiyyət kəsb edən dəyişiklik olmuşdur. Muzeyin Sənədli Mənbələr Fondunda xəritələr sektoru yaradılmışdır. Burada dünya tarixini, türk dövlətlərinin, Azərbaycan tarixinin dövrlərini özündə əks etdirən atlas, xəritələr toplusu qorunub saxlanılır.
Azərbaycanın, qonşu diyarların, Qafqaz regionunun və ətraf ölkələrin ayrı-ayrı zamanlarda durumunu əks etdirən xəritələr xüsusilə əhəmiyyətlidir. Bu baxımdan rus mühəndislərinin XIX əsrdə çəkdikləri Bakı qalasının sxemləri, ilk azərbaycanlı hərbi topoqraf İbrahim ağa Vəkilovun Türkiyə və İran ərazisində çəkdiyi xəritələr, habelə bölgənin Rusiya imperiyası dövründə və sovet dönəmində ərsəyə gələn xəritələri də vətən tarixinin öyrəninləsində vasitə ola bilər. Həmin mühüm sənədlər arasında Milli Azərbaycan Tarixi Muzeyinin direktotu, akademik Nailə Vəlixanlının fonda təhvil verdiyi 1910-cu ildə Sankt-Peterburqda “A. F. Marksın Cəmiyyəti”ndə nəşr olunan xəritələr atlası xüsusi maraq doğuran mənbədir.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.