Xəbər verdiyimiz kimi, Milli Azərbaycan Tarixi Muzeyində 09 fevral 2015-ci il tarixdə ermənilərin azərbaycanlılara qarşı törətdiyi qanlı 1905-ci il soyqırımının 110 illiyyinə həsr olunmuş “Dəyirmi masa” keçiriləcək.
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tariximizin bu müdhiş səhifələrinə işıq salmaq məqsədilə azərbaycanlıların soyqırıma məruz qalmalarının 110 illik tarixindən bəhs edən layihə gerçəkləşdirir. "1905.az" portalı AMEA Milli Azərbaycan Tarixi Muzeyi ilə birlikdə 1905-ci ildə ermənilər tərəfindən törədilmiş soyqırımın 110 illiyinə həsr edilmiş dəyirmi masa keçirəcək. Bu tədbirə KİV, Media işçiləri, t.e.d. Kərim Şükürov, t.e.d. Solmaz Rüstəmova-Tohidi və b. məşhur alimlər dəvət olunublar. Tədbir 09 fevral 2015-ci il saat 14.00-da Milli Azərbaycan Tarixi Muzeyinin (Bakı ş., Hacı Zeynalabdin tağıyev küç. 4) Konfrans zalında baş tutacaq.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.