XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
17 Fevral, 2015
Milli Azərbaycan Tarixi Muzeyində bərpa və konservasiya işində yenilik

   Muzeyin Bərpa laboratoriyasının bərpaçı rəssamları yeni müasir avadanlıqların köməyi ilə muzeyin nadir inciləri olan bir sıra eksponatı – qrafik əsərlər və arxeoloji bürüncü bərpa edərək bərpa və konservasiya sahəsinə yenilik gətirmiş oldular.


 

    Qeyd etmək lazımdır ki, Elmin İnkişafı Fondunun köməyi ilə əldə olunmuş bu avadanlıqların idarə olunması prosesinə laboratoriyanın müdiri T.Zəvərli başçılıq etmişdir. Qrafik əsərlərin və arxeoloji bürüncün bərpası zamanı məlum olmuşdur ki, bu tip avadanlıqların bərpa işlərində tətbiq olunması məqsədəuyğundur və keyfiyyət baxımından Azərbaycanda müzeyşünaslıq işində yenilikdir.

    Qrafik əsərlərin bərpası  işləri qrafika üzrə bərpaçı rəssam Firuzə Ağayeva, arxeoloji bürüncün bərpası işləri bərpa laboratoriyasının müdiri Zəvərli Təhsib tərəfindən icra olunmuşdur.