Dünən Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin irsinin, dövlətçilik fəlsəfəsinin tədqiqi və geniş təbliği məqsədilə növbəti elmi-praktik seminar keçirilib.
Seminarda Milli Azərbaycan Tarixi Muzeyinin elmi əməkdaşları Pərvin Gözəlov və Tural Şiriyev iştirak ediblər. Seminarda çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə deyib ki, AMEA-nın inkişafının böyük mərhələsi Heydər Əliyevin adı ilə bağlıdır. Akademiyada Azərbaycan xalqının dilinin, milli-mənəvi dəyərlərinin araşdırılmasında, tarix, riyaziyyat, astronomiya və s. sahələrdə elmi araşdırmaların aparılmasında və nüfuzlu elmi məktəblərin yaradılmasında Heydər Əliyevin mühüm rolu olub.
2015-ci ildə AMEA-nın təsis olunmasının 70 ilinin tamam olduğunu xatırladan A.Əlizadə qeyd edib ki, ölkə Prezidenti İlham Əliyev bununla əlaqədar sərəncam imzalayıb. Sərəncamın icrası ilə əlaqədar Akademiyada çoxsaylı tədbirlər həyata keçirilir.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.