2015-ci ildə hərbi xadim, artilleriya general-leytenantı Əliağa Şıxlinskinin anadan olmasının 150 illik yubileyi qeyd olunacaqdır.
Milli Azərbaycan Tarixi Muzeyində Ə.Şıxlinskiyə məxsus 75 ədəd şəxsi material qorunub saxlanılır. “Artilleriya allahı” hesab olunan Ə. Şıxlinskinin şəxsi kolleksiyasından 10-dan çox eksponat Muzeyin elmi ekspozisiyasında nümayiş olunur. Bu materiallar, qapı lövhəsi, üzərində Georgi xaçı təsvir olunan şüşə press, mürəkkəb qabı dəsti, tozdan qorunmaq üçün eynək, şamdan, geyim (əlcək, kəmər, şnel, əs, papaq, eynək), qulaq üçün aparat cihaz, yəhər üstü, xurcun və s.-dən ibarətdir.
Azərbaycan Demokratik Respublikasının Hərbi nazirinin müavini, Çar Rusiya ordusunda artilleriya generalı, sovet hərb xadimi Ə. Şıxlinski 1883-cü ildən orduda xidmət etmiş, Rusiya-Yaponiya müharibəsində batareya komandiri olmuş, Port-Arturun müdafiəsində göstərdiyi igidliyə görə qızıl qılıncla mükafatlandırılımışdır. Azərbaycan generallarının fəaliyyəti Azərbaycan hərb sənətinin inkişafında, gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm əhəmiyyət kəsb edir.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.