XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
24 Fevral, 2015
Çexiyada dərc olunan “Bulletin” jurnalının növbəti nömrəsi Milli Azərbaycan Tarixi Muzeyinə həsr olunmuşdur

     Praqa şəhərində Çexiya Milli Muzeyində Milli Azərbaycan Tarixi Muzeyinin “Azərbaycan – möcüzəli odlar yurdu” adlı beynəlxalq sərgisi keçirilmişdir.


 

Bu sərgidə Muzeyin arxeologiya, etnoqrafiya, numizmatika sahələrinə aid eksponatlar nümayiş olunurdu. Azərbaycan xalqının milli irsinin təbliği məqsədilə təşkil olunan “Azərbaycan – möcüzəli odlar yurdu” sərgisi Çexiyada böyük marağa səbəb olmuşdur.

     Sərgi ilə bağlı Çexiyada nəşr olunan Azərbaycan və Xəzər tədqiqatları Mərkəzinin “Bulletin” jurnalıının növbəti sayı bütövlükdə Milli Azərbaycan Tarixi Muzeyinə həsr olunmuşdur. Burada Azərbaycan və Çexiya müəlliflərinin ingilis və çex dillərində məqalələri dərc olunmuşdur. Jurnalda Muzeyin materialları və sərgisi  haqqında şəkillərlə birgə ətraflı məlumatlar verilmişdir. Jurnalın girişində Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyevlə müsahibə dərc olunmuşdur.

     Sərgidə nümayiş olunan Azərbaycanın tarixi əhəmiyyətli maddi mədəniyyət nümunələri Praqa sakinlərinə və şəhərin qonaqlarını özünə cəlb edə bilmişdir. Milli sərvətlərimiz, abidələrimiz olan muzey eksponatları Avropa tamaşaçılarına Azərbaycan tarixini, mədəniyyətini, milli-mənəvi dəyərlərini tanıtmaq və təbliğ etmək imkanı verir.

      Jurnalda Praqa Milli Muzeyinin əməkdaşlarının yazıları dərc olunmuşdur. Burada həmçinin sərginin kuratoru Pavlina Voqelovanın “Azərbaycan – möcüzəli odlar yurdu” adlı məqaləsi də yer almışdır. Məqalədə sərginin açılış mərasimindən foto-şəkillər və sərgidə nümayiş olunan eksponatlar haqqında məlumat verilmişdir.

     Ölkəmizin hüdudlarından kənarda təşkil edilən bu sərginin Azərbaycan xalqının tarixinin, mədəniyyətinin dərindən tanınmasında böyük rolu olmuşdur.