XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
27 Fevral, 2015
Muzeydə Ümumdünya Mülki Müdafiə gününə həsr olunmuş tədbir keçirildi


Milli Azərbaycan Tarixi Muzeyində ümumdünya Mülki Müdafiə gününə həsr olunmuş “Mülki Müdafiə və təhlükəsiz cəmiyyət üçün fövqəladə hadisələrin qarşısının alınması mədəniyyəti” mövzusunda tədbir keçirildi.


Tədbirdə Mülki Müdafiə qərargah rəisi Samit Mədətov çıxış edərək ən çox səciyyəvi olan təbii fəlakətlər – zəlzələ, yanğın, sürüşmə, istehsalat qəzaları, dağıntılar təhlükəsi yarandıqda, işçilərin həyatına təhlükə zamanı görüləcək tədbirlərdən danışdı.

Burada muzey əməkdaşlarına planda nəzərdə tutulmuş təbii fəlakətlər, qəza və fəlakətlər zamanı əhalinin davranış qaydaları haqqında məlumat verildi. Muzeyin şəxsi heyətinə fövqəladə hadisələr zamanı MM avadanlıqalrından istifadə olunması əyani şəkildə göstərildi. Əməkdaşların maarifləndiriliməsi məqsədilə muzeydə MM gününə həsr olunmuş təbliğat güşəsi də yaradılmışdır.