Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı t.ü.f.d. Sevinc Vahabova fevralın 24-də Azərbaycan Dövlət İncəsənət Muzeyində keçirilən "Museum Training school" adlı treninqdə iştirak etmişdir.
Treninq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin birgə layihəsi əsasında hazırlanmışdı. Treninqin gündəliyinin əsas mövzusu muzeylərin fəaliyyəti, onların imkanları, əldə etdiyi nəticələr, nailiyyətləri və qarşıda duran vəzifələri idi. Sevinc Vahabova öz çıxışında AMEA Milli Azərbaycan Tarixi Muzeyinin fəaliyyəti, elmi ekspozisiyası, fondları, bərpa laboratoriyası, muzeyin digər muzeylərlə əlaqələri haqqında, eləcə də muzeydə keçirilən müxtəlif tədbirlər, səyyar və beynəlxalq sərgilər haqqında məlumat vermiş, fikir mübadiləsi aparmışdır. Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Dövlət Xalça Muzeyi, Şirvansahlar və İçəri Şəhər dövlət qoruğu Muzeyləri, Azərbaycan Dövlət Ədəbiyyat Muzeyi, Atəşgah və Qala qoruq kompleksi, İstiqlal, Teatr, Musiqi Mədəniyyəti Muzeyi və b. muzeylərin əməkdaşları iştirak edirdi.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.