Azərbaycan tarixinin önəmli səhifələrini əyani olaraq nümayiş etdirən Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycanın ilk həkim qadın Sona xanım Vəlixana məxsus tibb ləvazimatları qorunur.
Sona Vəlixan 1908-ci ildə Peterburq Tibb İnstitutunu bitirmiş və Azərbaycanda ilk tibbi ali təhsilli qadın olmuşdur. Sonralar isə Azərbaycan Tibb İnstitutunun göz xəstəlikləri kafedrasında dosent və professor vəzifəsində işləmişdir. Sona xanımın həkim kimi çalışdığı ilk illərə aid materialların bir qismi - 1910-20-ci illərə aid oftolmoloji alətlər - ştempel, şpris, pinset, sıxac Muzeyin ekspozisiyasının ikinci mərtəbəsində nümayiş oılunur, bir qismi isə muzeyin Hədiyyələr və xatirə əşyaları fondunda qorunur.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.