XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
11 Mart, 2015
Muzeydə IV Beynəlxalq “Muğam Aləmi” Elmi Simpoziumu keçiriləcək

AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalının simpoziumu keçiriləcək.


Ənənəvi olaraq keçirilən “Muğam aləmi” IV Beynəlxalq Muğam simpoziumu Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Azərbaycan Mədəniyyət Fondunun təşkilatçılığı və dəstəyi ilə həyata keçiriləcək. Simpoziuma Azərbaycan və əcnəbi ölkələrin musiqiçiləri, tanınmış xanəndələr, muğam ustaları və b. dəvət olunublar. Muğam aləmində nəzəri və praktiki əhəmiyyətə malik bu simpoziumda dünyanın 40 yaxın ölkənin alimləri, musiqiçiləri məruzə ilə çıxış edəcəklər.

Burada həmçinin tanınmış rəssam Fəxrəddin Əlinin muğamla bağlı miniatürləri nümayiş etdiriləcək.

Simpozium 12 mart tarixində 11.00-da Muzeyin “Şərq zalında” baş tutacaq.