2015-ci ilin iş planına uyğun olaraq Arxeologiya elmi fond şöbəsində “Saxsı oyuncaqlar” adlı kataloqun çapa hazırlıq işləri yeni mərhələyə qədəm qoymuşdur. Belə ki, 2014-cü ildə ilkin olaraq müvafiq ədəbiyyatların toplanılması və kataloqa daxil ediləcək saxsı oyuncaqların seçilməsi yerinə yeitrilmişdirsə, artıq cari ildən onların annotasiyaları tərtib edilir.
Ümumilikdə, adıgedən kataloq üçün 248 ədəd saxsı oyuncaq seçilmişdir. Seçilmiş oyuncaqların mütləq əksəriyyəti 1946-1953-cü illərdə mərhum arxeoloq, tarix elmləri namizədi Saleh Qazıyevin rəhbərliyi altında Mingəçevirdə aparılan arxeoloji qazıntılar zamanı əldə edilmişdir. Mingəçevir saxsı oyuncaqları 2 və 3 nömrəli yaşayış yerlərinin I və II mədəni təbəqəsindən, cüzi miqdarda isə qəbirlərdən tapılmışdır. Bundan başqa kataloqa Mollaisaqlı, Nərgizəva və digər abidələrdən tapılmış oyuncaqlar da daxil ediləcəkdir.
Saxsı oyuncaqların müəyyən qismi olduqca kobud və eybəcər şəkildə hazırlanmışdır. Ehtimal olunur ki, bu oyuncaqların hazırlanmasında uşaqların özləri də yaxından iştirak etmişlər. Seçilmiş saxsı oyuncaqların əksəriyyəti kiçik qab modellərindən, kiçik hissəsi isə şaxşaxılardan və zoomorf fiqurlardan ibarətdir. Saxsı oyuncaqların dövrünə gəldikdə, onlar III-VIII əsrləri təmsil edirlər.
Kataloqda daxil edilmiş hər bir saxsı oyuncağın annotasiyasında onların inventar nömrələri, tapıldıqları illər, məkanlar, tapan şəxslər, təsvirləri, ölçüləri və fotoları yer alacaqdır. Hazırda “Saxsı oyuncaqlar” kataloqunun 60 faiz mətni tərtib edilmişdir.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.