Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Baş Təhsil idarəsi və Milli Azərbaycan Tarixi Muzeyinin birgə həyata kecirdiyi “Elm- Təhsil –Muzey vəhdətinə məntiqi yanaşma” layihəsi əsasında növbəti görüş keçirildi.
Muzeyin elmi işçisi Nardanə Yusifova qalib şagirdlərlə “Tarixin Xocalı imzası” mövzusunda növbəti dərs apardı. N.Yusifova Xoçalı faciəsinin 23-cü ildönümünə həsr etdiyi bu dərsin tarixi əsaslarını həm də psixoloji anlamda məntiqi olaraq şagirdlərin başa düşəcəyi səviyyədə izah etməyə çalışdı. Şagirdlərə Milli Azərbaycan Tarixi Muzeyində Xocalı faciəsinə aid olan rəsmlərin üzərində tək bir rəssamın yox, bütün Azərbaycanın deyəcəklərini anlatmağa calışdı. Şagirdlərin verdikləri müxtəlif səpgili sualları N.Yusifova əhatəli şəkildə izah etdi. Sonda Milli Azərbaycan Tarixi Muzeyində 2015-cü il aprelin 7-də “Azərbaycan tarixinin öyrənilməsində muzeylərin rolu” V respublika elmi konfransının keçirilməsi haqqında məlumatla şagirdlər tanış oldular. Əvvəlcədən planlaşdırıldığı kimi şagirdlərə “Azərbaycan tarixinin təbliğində muzeylərin təhsil müəssisələri ilə qarşılıqlı əlaqələri” mövzusunda edəcəkləri məruzələr üzərində işləmələri tapşırıldı. Növbəti görüşdə bu mövzunun müzakirəsi nəzərdə tutuldu.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.