XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
04 Mart, 2015
Muzeyin etnoqrafik materialları əsasında sənədli film hazırlanır

İctimai televiziya kanalı Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiaya fondunda saxlanılan materiallar əsasında Azərbaycanda həsirçilik sənəti ilə bağlı sənədli film hazırlayır.


Xammal bazası bitkilərdən ibarət olan  (lığ və pizə) həsirçilik sənəti qədim toxuculuq sahələrindən biridir.  Hal-hazırda  Lənkəran-Astara bölgəsi əhalisi arasında qorunub saxlanan həsirçilik sənəti nümunələri vaxtilə məişətdə geniş şəkildə tətbiq olunmuşdur. Çəkiliş üçün təqdim olunan materiallar arasında XX əsrin əvvəllərinə aid həsir dəzgahı, müxtəlif ölçü və çeşnidə hazırlanmış həsirlər, təsərrüfat səbətləri, tərəzi, zənbil, məcməyi, papaq və s. məmulatlar yer almışdır. Həsir dəzgahı 2012-ci ildə Etnoqrafiya şöbəsi əməkdaşlarının Lənkəran bölgəsinə etnoqrafik səfəri zamanı toplanmış, etnoqraf T.Şiriyev tərəfindən ekspozisiyanın birinci mərtəbəsində qurulmuşdur. Materiallarla  Muzeyin ekspozisiyasında tanış olmaq mümkündür.