Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyasında Silahlar və Bayraqlar fondunun qeydiyyatında olan bir xəncər nümayiş etdirilir. Bu xəncər 2011-ci ildə keçirilmiş beynəlxalq elmi simpoziumun iştirakçısı Mina Tansel tərəfindən Muzeyə hədiyyə verilmişdir.
Onun sözlərinə görə, xəncər Hacı Zeynalabdin Tağiyevin həyat yoldaşı Sona xanım Ərəblinskinin əmisi Cahangir bəyin qızı Nisa xanımın həyat yoldaşı İbrahim bəy Heydərova məxsus olmuşdur. İbrahim bəy Heydərov (Dərbənd 1879- Ankara 1949) XX əsrin əvvəllərində Şimali Qafqazda və Azərbaycanda ictimai xadim, Zaqafqaziya Seyminin üzvü, Paris sülh konfransının Şimalı Qafqaz xalqları Cümhuriyyətinin nümayəndəsi kimi də tanınmışdır.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.