XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
12 Mart, 2015
Muzeyə maraqli arxeoloji eksponat daxil olmuşdur

Bu yaxınlarda AMEA Milli Azərbaycan Tarixi Muzeyinə maraqlı təsadüfi tapıntı təqdim olunub.


Muzeyə vətəndaş tərəfindən təqdim olunmuş bu tapıntı tunc üzükdən ibarətdir. Təhvil vermiş şəxsin bildirdiyinə görə üzük Tərtər rayonunun Qızıloba kəndində təsadüfən tapılıb. Üzük en kəsiyi rombvari olan halqadan və yarpaqşəkilli yastı qaşdan ibarətdir. Qaşın üzərinə isə mərkəzində nöqtə olan yeddi ədəd dairə zərb edilib. Onun diametri 18, uzunluğu 21 mm-dir. Muzeyin Arxeologiya fondun müdiri, t.ü.f.d. Nasir Quluzadə tam və yaxşı vəziyyətdə qalmış bu təsadüfi tapıntının dövrünü XVII-XIX əsrlərə aid etmişdir. Üzük təmsil etdiyi dövrün məişətini və metalişləmə sənətini öyrənmək baxımından böyük maraq doğurur.