XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
12 Mart, 2015
Muzey əməkdaşlarının nəzərinə

Qarabağ Azadlıq Təkilatının təşəbbüsü ilə Bakı şəhərində 2015-ci il may ayının 26-da  “Qarabağ  dünən, bu gün və sabah” XIV elmi-praktiki konfransı keçiriləcək.


Konfransda Qarabağ tarixi, mədəniyyəti, Azərbaycan –Ermənistan münaqişəsinin siyasi, iqtisadi, hüquqi, hərbi aspektləri, həlli yolları, qaçqın və köçkünlərin hüquqlarının müdafiəsi və s. məsələlər müzakirə olunacaq. 

 Məruzə etmək istəyənlər aprel ayının 30-dək çıxışlarının tezislərini təqdim etməlidirlər. Tezislərin mətni Times Roman Azlat Şriftləri ilə 2 (iki) intervalla 5 səhifədən artıq olmamaq şərtilə yığılmalıdır. Mətnin elektron versiyasını disketə yazmaqla təşkilat komitəsinə və yaxud kila50@mail.ru, qat_a_n@yahoo.com  elektron poçt ünvanlarına təqdim etməyinizi xahiş edirik. Tezislərin nəşr olunması və internet saytında yerləşdirilməsi nəzərdə tutulur.

Əlaqə telefonları:   012. 569-20-45

                               050. 315-22-78           

 

                                                                                        Təşkilat Komitəsi   

02 mart 2015