XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
12 Mart, 2015
Pakistan Respublikası Prezidentinin xanımı Bequm Sahiba Milli Azərbaycan Tarixi Muzeyində olmuşdur

Pakistan Respublikası Prezidentinin xanımı Bequm Sahiba və onu müşayət edən qonaqlar Milli Azərbaycan Tarixi Muzeyini ziyarət etmişlər.


Qonaqları Muzeyin direktoru akademik Nailə xanım Vəlixanlı qarşılayaraq Muzeylə tanış etdi. Onlara Azərbaycanın qədim və orta əsrlər tarixini özündə əks etdirən ekspozisiyada ekskursiya aparıldı. Qonaqlar Azərbaycan tarixinin, uzaq keçmişinin canlı, əyani sübutu olan eksponatlarla yaxından tanış oldular. 

Daha sonra Pakistan Respublikasının birinci xanımı Bequm Sahiba Hacı Zeynalabdin Tağıyevin xatirə albomu ilə tanış oldu. O muzeylə tanışlıqdan böyük məmnun olduğunu, bu möhtəşəm, əzəmətli binanın gözəlliyinə valeh olduğunu söylədi. Sonda birinci xanım Bequm Sahibaya Muzey tərəfindən nəşr olunmuş Muzeyin inciləri və H.Z.Tağıyevin kitab-albomu hədiyyə olundu.