Muzeyin Etnoqrafiya elmi-fond şöbəsi tərəfindən ekspozisiyanın tikmə məmulatları nümayiş olunan vitrini yenidən qurulmuş və təkmilləşdirilmişdir.
Yeni qurulan vitrində Azərbaycanın ənənəvi tikmə sənəti növlərinə aid təkəlduz, güləbətin, muncuq, pilək, qondarma üsulları ilə hazırlanmış məmulatlar yer almışdır. Vitrində, eyni zamanda, bədii tikmə növləri ilə bəzədilmiş geyimlər də yer almışdır. Bütövlükdə, vitrinə 24 saxlama vahidi eksponat yerləşdirilmişdir ki, bunlar Azərbaycannın xalq məişəti ənənələrini özündə əks etdirir.Vitrində olduqca böyük maraq kəsb edən qondarma üsulu ilə ərsəyə gətirilmiş “Leyli və Məcnun” operasından səhnə təsvir edilmiş eksponat tikmə sənəti sahəsində yenilik olub, təbii ceyran dərisi, insan saçı və ipək parçalardan istifadə edilməklə hazırlanmışdır. Tikmə görkəmli Azərbaycan dramaturqu Ə.Haqverdiyev tərəfindən 1908-ci il yanvarın 12-də tamaşaya qoyulan "Leyli və Məcnun" operasının yaratdığı təəssürat əsasında Şuşa sakini tərəfindən tikilmişdir. Əsər Etnoqrafiya fondunun nadir eksponatları sırasında yer alır.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.