Beynəlxalq Muzeylər Şurasının (İCOM) təşəbbüsü ilə 1977-ci ildən başlayaraq 18 may tarixi bütün dünyada Beynəlxalq muzeylər günü kimi qeyd olunur. Beynəlxalq Muzeylər Gününün keçirilməsində əsas məqsəd ictmaiyyətin diqqətini muzeylərin vəziyyətinə, burada nümayiş etdirilən eksponat və tarixi nümunələrə cəlb etməkdir.
Bu bayram xalqlar arasında mədəni mübadiləyə, muzeylər arasında əməkdaşlığın inkişafına xidmət edir. Qeyd edirik ki, 2015-ci il 18 may tarixi üçün Beynəlxalq Muzeylər Şurası (İCOM) “Muzeylər və cəmiyyətin davamlı inkişafı” mövzusunu seçmişdir.
Həmin ərəfədə 12-18 may 2015-ci il tarixləri üçün Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin və YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birgə layihəsi olan “Məktəblilər üçün muzey həftəsi - Muzeylər və Ekologiya” adlı proqramı təşkil edilmişdir. Bu tədbirin həyata keçirilməsində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Heydər Əliyev Mərkəzi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu yaxindan iştirak etmişlər.
Proqramın məqsədi ölkənin aparıcı muzeylərinin kolleksiyasının ekoloji, davamlı inkişaf konsepsiyası və etnoqrafik aspektləri ilə məktəblilərin tanış edilməsi, insanla ətraf mühit arasında tarixi münasibətlərin öyrənilməsidir.
Bir həftə ərzində məktəblilər üçün Heydər Əliyev Mərkəzi, Müasir İnəsənət Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, Qız Qalası və Şirvanşahlar Sarayı Kompleksi, Qala Dövlət Tarixi-Etnoqrafiya Qoruğu, Azərbaycan Milli İnəsənət Muzeyi, Azərbaycan Xalça Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Tahir Salahovun Ev-Muzeyi, Miniatür kitab Muzeyi, Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyinə xüsusi maarifləndirici marşrut və turlar hazırlanmışdır.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.