AMEA Milli Azərbaycan Tarixi Muzeyində 2015-ci il mayın 14-də görkəmli şərqşünas alim, Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadovun ingilis dilində çap olunmuş “Xarəzmşahlar- Anuştəqinilər dövləti.
1097-1231” kitabının təqdimat mərasimi keçirildi. Tədbir Milli Azərbaycan Tarixi Muzeyi, Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu və Özbəkistan Respublikasının Azərbaycan respublikasındakı səfirliyi ilə birlikdə təşkil olunmuşdur. Akademik Ziya Bünyadovun fundamental tədqiqat əsərlərindən biri olan bu kitab YUNESCO-nun Beynəlxalq Mərkəzi Asiya Tədqiqatlar İnstitutu tərəfindən ingilis dilinə tərcümə olunub və çapa hazırlanmışdır. Kitab 2015-ci ildə AMEA-nın müxbir üzvü Şahin Mustafayev və İngiltərə şərqşünası Tomos Velsfordun elmi redaktəsi ilə nəşr edilmişdir.
Təqdimat mərasiminə tanınmış şərqşünas alimlər, tarixçilər, Azərbaycan Respublikasında akkreditə olunmuş səfirliklərin media nümayəndələri və s. iştirak etdilər.
Tədbir zalında qonaqlar Z.M.Bünyadovun həyat və fəaliyyətini əks etdirən şəxsi sənədləri, və elmi əsərlərindən ibarət stendlərlə tanış oldular.
Mərasimi giriş sözü ilə, muzeyin direktoru akademik Nailə Vəlixanlı açaraq, qonaqları salamladı. O, Ziya Bünyadovun görkəmli şəxsiyyət və şərşqşünas alim kimi fəaliyyəti, şəxsi keyfiyyətləri barəsində ətraflı danışdı. Daha sonra natiq təqdimatı keçirilən kitabın strukturu və mahiyyəti barəsində məlumat verdi.
Daha sonra şərqşünas alimə həsr olunmuş “Akademik Ziya Bünyadovun missiyası” sənədli filmi nümayiş olundu.
AMEA vise-prezidenti, akademik İsa Həbibbəyli öz çıxışında Şərq və türk-müsəlman xalqlarının tarixinin öyrənilməsində Azərbaycan elminin qazandığı nailiyyətləri qeyd etmiş, bu işdə akademik Ziya Bünyadovun zəhmətini xüsusi vurğuladı. O, müstəqil Azərbaycanda tarix və şərqşünaslıq elminin inkişafına göstərilən dövlət qayğısına toxunaraq alimlərimizin bundan sonra da fundamental əsərlər yaradacaqlarına əmin olmasını qeyd etdi.
AMEA-nın müxbir üzvü Şahin Mustafayev öz çıxışında kitabın tərcüməsi və çapını təşkil etmiş Beynəlxalq Mərkəzi Asiya Tədqiqatlar İnstitutunun fəaliyyəti, türk xalqlarının tədqiqinə İnstitutun töhfəsi barəsində danışdı və müvafiq prezentasiyanı təqdim etdi. Akademik Ziya Bünyadovun “Xarəzmşahlar- Anuştəqinilər dövləti. 1097-1231” adlı kitabın ingilis dilində çap olunmasının Azərbaycan elminin dünya ictimaiyyətinə tanıdılmasında mühüm əhəmiyyətə malik olması xüsusilə vurğulanmışdır.
Tədbirdə çıxış edən AMEA Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva Ziya Bünyadovun şəqrşünaslıq elmində yeri və rolundan danışdi. Azərbaycan tarixini saxtalaşdıranlara qarşı inadlı mübarizə aparmış Z.Bünyadovun elmi əsərləri tariximizin neçə-neçə qaranlıq səhifəsinin açılmasında mühüm rol oynamışdır.
Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Şerzod Fayziyevin Urgənc şəhərinin fəxri vətəndaşı olmuş Ziya Bünyadovun Azərbaycan- Özbəkistan dostluq münasibətlərində yeri və rolu barəsində çıxış etdi.
Tanınmış şərqşünas alimi tanıyanlar onunla bağlı xatirələrini bölüşdülər.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.