XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
15 May, 2015
Milli Azərbaycan Tarixi Muzeyində “Müasir muzeylərdə bərpa və konservasiya metodikası” mövzusunda seminar keçirilmişdir

Milli Azərbaycan Tarixi Muzeyində “Müasir muzeylərdə bərpa və konservasiya metodikası” mövzusunda seminar keçirilmişdir.


Seminarda Ankaranın Gazi Universiteti İncəsənət fakültəsinin “Maddi mədəniyyətin qorunması” bölümünün müəllim heyəti (Prof. dr. Yaşar Selçuk Şener, doç. Muna Silav, Yrd. doç. dr. Hatice Tozun v. b.), Muzeyin Elmi fond işləri üz­rə direktor mü­a­vi­ni-baş mühafiz Məhfuzə Zeynalova, Bərpa laboratoriyasının müdiri Təhsib Zəvərli, bərpaçı mütəxəssislər, fond müdirləri iştirak etmişlər.

 

Seminarda muzeylərdə maddi mədəniyyət nümunələrinin qorunması, bərpası ilə bağlı məruzələr olunmuş, müxtəlif növ materiallardan düzəldilimiş sənət əsərlərinin mühafizəsinə dair müzakirələr edilmişdir. Gazi Universitetinin müəllimləri nəzəri-praktiki təcrübələrinə əsaslanaraq bərpa üsullarının yeni metodikası ilə bağlı öz tövsiyyələrini vermişlər.