XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
15 May, 2015
Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycan II dünya müharibəsi illərində (faşizm üzərində qələbənin 70 illiyinə həsr olunur)” adlı sərgi fəaliyyət göstərir

İkinci dünya müharibəsi illəri bəşəriyyətin XX əsrdə üzləşdiyi ən ağır və dəhşətli dövr olmuşdur.


Azərbaycan xalqının bu müharibədə göstərdiyi əzmkarlıq və qəhrəmanlıqları açıqlamaq ciddi elmi-nəzəri, siyasi və əməli əhəmiyyətə malikdir.

Müharibə başlanandan keçən qısa müddət ərzində Azərbaycan Respublikası ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edilmişdir. 1041-1945 -ci illərdə respublikanın 600 mindən çox oğlan və qızları cəbhəyə getmişdir.

Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycan II dünya müharibəsi illərində (faşizm üzərində qələbənin 70 illiyinə həsr olunur)” sərgisi təşkil olunmuşdur.

    Sərgi muzeyin fondlarında qorunan eksponatlar və  toplanılmış materiallar əsasında hazırlanmışdır. Sərgidə 483 eksponat, 230 foto-şəkil və 13 rəsm əsərlərindən ibarət ön cəbhədə və arxa cəbhədə vuruşan əsgərlərin materialları, Azərbaycan Sovet İttifaqı qəhrəmanlarının şəxsi əşya, sənəd və ləvazimatları, döyüş sursatları nümayiş olunur. Təqdim olunan bu materiallar ilk dəfədir ki, geniş ictimaiyyətə çatdırılır. Əcnəbi qonaqların, turistlərin rahat məlumat almaları üçün sərginin materiallarının annotasiyaları və onlar haqqında məlumat 3 dildə - azərbaycan, rus və ingilis dillərində verilmişdir. Sərginin azərbaycan və rus dillərində geniş kataloqu hazırlanmış və nəfis şəkildə çap olunmuşdur.

 

     Sərgi 2015-ci il 5 may – 5 oktyabr tarixlərində fəaliyyər göstərəcəkdir.