XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
19 May, 2015
Hərb tarixinə həsr olunan beynəlxalq konfarnsda Azərbaycan xanlıqlarının dövlətçilik rəmzlərindən bəhs edən məruzə dinlənildi

photoRusiya Federasiyası Sankt-Peterburq şəhərində keçirilən “Müharibə və silah. Yeni tədqiqatlar və materiallar” VI beynəlxalq elmi-praktiki konfransda Azərbaycan xanlıqlarının dövlətçilik rəmzlərinə həsr olunan məruzə dinlənildi.


Belə ki, Artilleriya, Mühəndis Qoşunları Və Rabitə Qoşunları Hərb-Tarixi Muzeyində keçirilən konfrans Rusiya ərazisində keçirilən hərb tarixinə həsr olunan ən irimiqyaslı konfrans sayılır, burada 30-dan artıq ölkələrin nümayəndələri iştirak edir. Hərb tarixi mütəxəssislərinin böyük marağına səbəb olan konfransın materialları toplu şəklində dərc olunmuşdur.

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, t.ü.f.d Pərvin Gözəlov “XVIII əsr sarayının divar rəsmlərində dövlətçilik və hərbi hakimiyyət rəmzləri” adlı məruzə ilə çıxış etdi. Məruzədə Şəki Xan sarayının divar rəsmlərində olan təsvirlər təhlil olunmuş, buradakı bayraqlar, sancaqlar, şeşpərlər və digər hakimiyyət rəmzləri haqqında məlumat verilmişdir. Çıxış zamanı müvafiq fotoşəkilləri slaydlar şəklində təqdim edən natiq mütəxəssislərin çoxsaylı suallarına cavab vermişdir. 

Rusiya Federasiyası Sankt-Peterburq şəhərində keçirilən “Müharibə və silah. Yeni tədqiqatlar və materiallar” VI beynəlxalq elmi-praktiki konfransda Azərbaycan xanlıqlarının dövlətçilik rəmzlərinə həsr olunan məruzə dinlənildi. Belə ki, Artilleriya, Mühəndis Qoşunları Və Rabitə Qoşunları Hərb-Tarixi Muzeyində keçirilən konfrans Rusiya ərazisində keçirilən hərb tarixinə həsr olunan ən irimiqyaslı konfrans sayılır, burada 30-dan artıq ölkələrin nümayəndələri iştirak edir. Hərb tarixi mütəxəssislərinin böyük marağına səbəb olan konfransın materialları toplu şəklində dərc olunmuşdur.

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, t.ü.f.d Pərvin Gözəlov “XVIII əsr sarayının divar rəsmlərində dövlətçilik və hərbi hakimiyyət rəmzləri” adlı məruzə ilə çıxış etdi. Məruzədə Şəki Xan sarayının divar rəsmlərində olan təsvirlər təhlil olunmuş, buradakı bayraqlar, sancaqlar, şeşpərlər və digər hakimiyyət rəmzləri haqqında məlumat verilmişdir. Çıxış zamanı müvafiq fotoşəkilləri slaydlar şəklində təqdim edən natiq mütəxəssislərin çoxsaylı suallarına cavab vermişdir. 

photo photo photo