XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
19 May, 2015
Muzeyin Ekspozisiya təhlükəzisliyi üzrə direktor müavini, t.ü.f.d. Əliyeva Həbibə Naxçıvan şəhərində keçirilmiş “Nahçivan ve Doğuanadolu abideleri uluslararasi sempozyumu (dünü, bugünü ve yarini)” adlı” Beynəlxalq Konfransda iştirak etmişdir

Muzeyin Ekspozisiya təhlükəzisliyi üzrə direktor müavini, t.ü.f.d. Əliyeva Həbibə Naxçıvan Dövlət Universiteti (Azərbaycan) və Ağrı İbrahim Çeçen Universitetinin (Türkiyə) birgə təşkilatçılığı ilə  Naxçıvan şəhərində keçirilən “Nahçıvan ve DoğuAnadolu Abidələri Uluslararası Sempozyumu (dünü, bugünü və yarını)” adlı Beynəlxalq Konfransda iştirak etmişdir.


Naxçıvan şəhərində yerləşən  Naxçıvan Dövlət Universitetinin konfrans zalında baş tutan “Nahçıvan ve DoğuAnadolu Abidələri Uluslararası Sempozyumu (dünü, bugünü və yarını)” adlı Beynəlxalq Konfransın açılışında Naxçıvan Dövlət Universitetinin rektoru prof.Dr. Saleh Məhərrəmov, Ağrı İbrahim Çeçen Universitetinin rektoru prof. dr. İrfan Aslan və digər təşkilatçılar çıxış edərək iştirakçıları salamlayib və konfransın uğurla keçməsini arzulamışlar.
Həbibə Əliyeva «Naxçıvanın metalişləmə  sənətindəki epiqrafik yazı nümunələrinin rolu haqqında» adlı məruzə ilə çıxış etmiş və elektron slayd nümayiş olunmuşdur.
Konfransda azərbaycanlı məruzəçilərlə yanaşı  Türkiyə, İran, Ruminiya  və b. ölkələrin ali məktəb və elmi müəssisə tədqiqatçıları tarixi, arxeoloji, memarlıq abidələri, maddi mədəniyyət və sənətkarlıq haqqında  məzmunlu maraqlı məruzələrlə çıxış etmişlər. Məruzələr tezis şəklində nəşr edilmiş və iştirakçılara paylanmışdır. 
Universitetdə tələbələrin və digər sənət adamlarının əl işləri qonaqlara nümayiş olunmuşdur.