AMEA Milli Azərbaycan Tarixi Muzeyi Avropa oyunları ərəfəsində gücləndirilmiş iş rejimində işləyəcək.
Muzey şəhərimizə gələn qonaqları qəbul etmək üçün səhər saat 9.00-dan axşam 21.00-a qədər açıq olacaq. Burada bələdçilər, zal nəzarətçiləri növbə ilə çalışacaq. Bələdçilər tərəfindən xarici dillərdə ekrskursiyalar aparılacaq, həmçinin electron qid də fəaliyyət göstərəcəkdir. Muzeydə yeni yaradılmış Azərbaycanlıların soyqırımı ilə bağlı bölmədə qonaqlar Azərbaycanın tarixi, həqiqətləri ilə ətraflı tanış olacaqlar. Burada həmçinin ziyarətçilərin təhlükəsizliyini təmin etmək məqsədilə təhlükəsizlik kameraları quraşdırılmış və baş verə biləcək fövqəladə hallardan qorunmaq üçün gücləndirilmiş tədbirlər nəzərdə tutulmuşdur.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.