XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
20 May, 2015
Rusiyanın Sankt-Peterburq şəhərində Muzeyin sərgisi haqqında prezentasiya təqdim edildi

photoRusiya Federasiyası Sankt-Peterburq şəhərində ezamiyyətdə olan Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, t.ü.f.d. Pərvin Gözəlov “MATM-da “Azərbaycan II Dünay Müharibəsi illərində” sərgisi” adlı prezentasiyanı təqdim etmişdir.


Belə ki, Artilleriya, Mühəndis Qoşunları və Rabitə Qoşunları Hərb-Tarixi Muzeyində keçirilən konfrans çərçivəsində natiq hazırda Muzeydə gedən sərgi haqqında ətraflı məlumat vermiş, müvafiq fotoşəkillərdən ibarət prezentasiya təqdim etmişdir. 1000-ə yaxın unikal eksponat və fotoşəkillərdən ibarət sərginin açılışı mayın 5-də AMEA Prezidenti, akademik Akif Əlizadənin, alimlərin, müharibə veteranlarının, xarici səfirliklərin nümayəndələrinin, Rusiya, Belarus, Gürcüstandan olan qonaqların iştirakı ilə böyük təntənə ilə keçirilmişdir.
Przentasiya Rusiyalı tədqiqatçılar tərəfindən böyük maraqla qarşılanmış, P.Gözəlov konfrans iştirakçılarının suallarına cavab vermişdir.

photo