XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
20 May, 2015
Misir mətbuatının jurnalisti, baş redaktor Mohamed Salama Milli Azərbaycan Tarixi Muzeyində olub

photoMuzeylə illərdən bəri əməkdaşlıq edən Mohamed Salama Milli Azərbaycan Tarixi Mizeyini ziyarət edib və direktor akademik Nailə Vəlixanlı ilə görüşdü.


O muzeyə müəllifi olduğu Bakıda 20 yanvar hadisələrinə həsr olunmuş kitabını təqdim etdi. Kitabda Azərbaycanın qanlı səhifələri, Bakının sovetlər tərəfindən işğalı, Misir mətbuatında dərc olunmuş yazılar yer almış və foto-şəkillərlə əks olunmuşdur. Kitab V fəsildən ibarət olub, ərəb dilində nəşr edilmişdir. Burada həmçinin Şəhidlər xiyabanının şəkilləri, 20 yanvar hadisələrində şəhid olmuş 133 nəfərin adları, fotoları və onlar haqqında ətraflı məlumat verilmişdir. Mohammed Salama onu da qeyd etdi ki, Misir mətbuatında Azərbaycanda baş verən hadisələrlə bağlı xəbərlər izlənilir və mətbuatda işıqlandırılır. 

photo photo photo