XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
21 May, 2015
Xəzər Universitetinin əməkdaşları “Azərbaycan II Dünya müharibəsi illərində” sərgisi ilə tanış oldular

photoXəzər Universitetinin Tarix və arxeologiya departamentinin müdiri dosent Roza Arazova, departamentin müəllimi Orxan Zamanov, eləcə də digər əməkdaşlar Milli Azərbaycan Tarixi Muzeyində fəaliyyət göstərən “Azərbaycan II Dünya müharibəsi illərində” sərgisi ilə tanış oldular.


Qonaqlara sərginin quruluşu, sərgidə nümayiş olunan eksponatlar, nadir fotoşəkillər haqqında ətraflı məlumat verildi. Qeyd olundu ki, sərginin əsas məqsədi II Dünya müharibəsində faşizm üzərində qələbəyə Azərbaycanın verdiyi töhfəni əyani şəkildə nümayiş etdirmək, hamının qəbul edə biləcəyi formada çatdırmaqdır. Sərginin 1-ci zalında nümayiş etdirilən Azərbaycan milli diviziya və alaylarının döyüş bayraqları, dövrün uniforması, silahları xüsusi maraq doğurmuşdur.

photo photo