XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
21 May, 2015
Muzeydə faşizm üzərində qələbənin 70 illiyinə həsr olunmuş sərginin kataloqu çapdan çıxıb

Milli Azərbaycan Tarixi Muzeyinin faşizm üzərində qələbənin 70 illiyinə həsr olunmuş “Azərbaycan II Dünya müharibəsi illərində” adlı sərginin kataloqu işıq üzü görmüşdür.


Kataloq Muzeyin direktoru, akademik Nailə Vəlixanlının elmi redaktorluğu ilə Azərbaycan və rus dillərində nəşr olunmuşdur. Burada Azərbaycanın II Dünya müharibəsindəki rolundan bəhs edilir. Kataloq “Azərbaycan II Dünya müharibəsində” bölməsi ilə başlayır. Burada Muzeydə təşkil olunan Böyük Vətən müharibəsinə həsr olunmuş eyniadlı sərgidə nümayiş olunan materialların foto-şəkilləri yer almış və sərginin bölmələri, eksponatlar haqqında ətraflı məlumat verilmişdir.