XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
25 May, 2015
Muzeydə 28 may respublika günü ilə bağlı ekspozisiya zalı maraqla izlənilir

1918-ci il 28 may müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür.


Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. 1990-cı ildən Respublika günü dövlət bayramı kimi qeyd edilir.
Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyasında 1918-ci il AXC-nin yarandığı dövr tarixi tamaşaçılar, məktəblilər, tələbələr tərəfindən maraqla izlənilir. Böyük kütləni özünə cəlb edən muzey Azərbaycan tarixinin əlamətdar günlərində şagirdlərimizə maarifləndirici ətraflı ekskursiyalar aparmaqda davam edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin keçən il muzeyə hədiyyə etdiyi 1918-ci il “İstiqlal Bəyannaməsi” tamaşaçılarda xüsusi maraq doğurur.
Muzeyi ziyarət edən tamaşaçılar Azərbaycan tarixinin mühüm dövrü olan 1918-20-ci illərlə bağlı materiallarla tanış olur, zallarda quraşdırılan monitorlar vasitəsilə məlumat alırlar.