AMEA Milli Azərbaycan Tarixi Muzeyi öz xarici əlaqələrini genişləndirir. Belə ki, Rusiya Dövlət Tarixi Muzeyi (RDTM) ilə əlaqə qurulmuş, MATM ilə RDTM arasında telekörpü keçirilmişdir.
Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin texniki dəstəyi ilə keçirilən birbaşa telekörpüdə MATM tərəfindən Muzeyin direktoru, akademik Nailə Vəlixanlı və muzeyin müavini Məhfuzə Zeynalova, RDTM tərəfindən Muzeyin direktoru Aleksey Levıkin iştirak etmişdilər. Danışıq zamanı muzeylər arasında birgə əməkdaşlığın yaradılması barədə söhbət aparılmış, mütəxəssis mübadiləsi, ekspozisiyaların qurulması, elmi tədqiqatların aparılmasında təcrübə mübadiləsi barəsində razılıq əldə edilmişdir.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.