Mayın 25-də AMEA İctimai Elmlər bölməsinin ilk iclası keçirildi.
Tədbirdə Muzeyin şöbə müdiri, t.ü.f.d. Səbuhi Əhmədovun məruzəsi dinlənilib. Məruzəçi “Dünya muzeylərində XV-XVI əsr Azərbaycan silahları” adlı elmi məruzə ilə çıxış etdi. O öz çıxışında Azərbaycan silahlarının xarici muzeylərə düşməsindən və XV- XVI əsr Azərbaycan silahlarının zəngin kolleksiyalarının xarici muzeylərdə qorunmasından ətraflı bəhs etdi. S.Əhmədov Azərbaycanda silahqayırma sənətinin tarixi haqqında məlumat verərək deyib ki, Azərbaycanlı ustaların hazırladığı incəsənət nümunələri hələ erkən dövrlərdən bütün dünyaya yayılmış və həm texniki, həm də bədii mükəmməlliyi ilə ad-san qazanmışdır.
Tədbirdə çıxış edən akademik Nailə Vəlixanlı, AMEA-nın müxbir üzvü, Şahin Mustafayev, t.ü.f.d. Cəbi Bəhramov və AMEA-nın müxbir üzvü Nərgiz Axundova məruzə ilə bağlı fikirlərini bildirdilər.
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru Nailə xanım Vəlixanlı qeyd etdi ki, muzeydə Silahlar fondu fəaliyyət göstərir və muzeydə qorunan silahlar əsasında “Azərbaycanın müdafiə silahları” adlı kataloq çapdan çıxmışdır. Azərbaycan silahları ilə bağlı tədqiqat işləri gənc alimlər tərəfindən geniş surətdə araşdırılıb tədqiq olunur.
Şahin Mustafayev öz çıxışında beynəlxalq layinhə yaradılması təklifini irəli sürdü və bu layihədə Azərbaycan tədqiqatçı alimlərinin dünya muzeylərində qorunan Azərbaycan silahlarının tədqiqat işində yaxından iştirak etməsini və bu silahların tədqiqat obyekti olmasını tövsiyyə etdi.
Cəbi Bəhramov öz növbəsində məruzənin cox mükəmməl olduğunu və mövzunun aktuallığından bəhs etdi.
Sonda məruzəçi iclas iştirakçılarının suallarını cavablandırıb.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.