XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
02 İyun, 2015
Milli Azərbaycan Tarixi Muzeyi ilk Avropa oyunları ilə əlaqədar iş rejimində dəyişiklik edib

Bakıda keçirilən I Avropa oyunları ərəfəsində Milli Azərbaycan Tarixi Muzeyi iyunun 1-dən artıq 2 növbədə gərgin iş rejimində calışır.


Muzey 21.00-a qədər ziyarətçilərin üzünə açıqdır. Muzeyə gələn əcnəbi qonaqlar Azərbaycanın tarixi, mədəniyyəti, etnoqrafiyası ilə  maraqlanır və ekspozisiyada nümayiş olunan arxeoloji, etnoqrafik materiallarla, eksponatlarla yaxından tanış olurlar. Xüsusən də, Azərbaycan tarixinin bütün dövrlərinə aid maddi və mənəvi mədəniyyət abidələrinin toplandığı muzeyin yerləşdiyi bu möhtəşəm binanın tarixçəsi və H.Z.Tağıyevin xatirə muzeyi xarici qonaqların böyük marağına səbəb olur. Qonaqların rahat ziyarət etmələri üçün muzeydə hər cür şərait yaradılıb və təhlükəsizlik tədbirləri görülüb. Gün ərzində Muzeyə gələn qonaqlara 3 dildə - Azərbaycan, rus və ingilis dillərində xidmət göstərilir. Qonaqlar həmçinin burada muzeyin nəşrləri olan bələdçi kitabları, kataloqlar və zallarda quraşdırılmış monitorlar vasitəsi ilə ətraflı məlumatlar əldə edə biləcəklər. Həmçinin muzeydə bukletlrələ yanaşı, bəzi maraqlı eksponatların mulyajı hazırlanaraq satışa qoyulub.