XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
05 İyun, 2015
Muzey əməkdaşlarnın “ Orta əsr Azərbaycanın qədim idman tarixindən ” adlı məqalələri dərc olunub

photoİngilis dilində çap olunan “İrs-Miras” beynəlxalq jurnalının növbəti (“İrs-Heritage”, 1 (20), 2015, s. 36-43) nömrəsində Muzeyin keşmiş əməkdaşı t.ü.f.d Maya Bağırova və Muzeyin elmi işçisi Emin Məmmədovun “Orta əsr Azərbaycanın qədim idman tarixindən” adlı məqalələri dərc olunub.


Məqalə orta əsrlər Azərbaycanda idmanın yaranma tarixinə həsr olunmuşdur. XVI-XVIII əsrlərdə Azərbaycanda idmanın inkişafından, orta əsrdə istifadə olunan idman alətləri və geyimlərinin təsviri və onlar haqqında məlumat verilib. Burada Qədim Azərbaycan şəhərlərində pəhləvanların güləşdikləri meydan sayılan zorxanaların yaranmasından, Azərbaycanın tanınmış pəhləvanlarından və Milli Azərbaycan Tarixi Muzeyində nümayiş olunan idman alətlərinin tarixindən bəhs olunur.  Məqalədə hətta Qədim Azərbaycan miniatürləri haqqında məlumatlar da yer almışdır.
Məqalənin tam mətni ilə saytın “Muzey KİV-də” bölməsində tanış olmaq olar.

photo