N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Gənc Alimlər və Mütəxəssislər Şurası tərəfindən Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş ümumrespublika konfransı keçirilmişdir.
“Milli dəyərlər və istiqlal uğrunda mübarizələr” adlı konfransda Muzeyin elmi işlər üzrə direktor müavini Nərgiz Əliyevanın məruzəsi dinlənilmişdir.
N.Əliyeva türk dünyası ədəbi əlaqələrinin keçmişi və indisi bölməsində “Azərbaycan-Qazaxıstan mədəni əlaqələri (Milli Azərbaycan Tarixi Muzeyinin materialları əsasında)” adlı mərüzə ilə çıxış etmişdir. Məruzədə o, Azərbaycanda muzeylərin yaranması tarixindən ,müasir muzeylərin sosial-mədəni rolundan, əhəmiyyətindən və Azərbaycan-Qazaxıstan mədəni, dostluq əlaqələrindən söhbət açmışdır. N.Əliyeva Milli Azərbaycan Tarixi Muzeyinin “Xatirə əşyaları və hədiyyələri” fondunda qorunan müxtəlif tədbirlərdə, rəsmi görüşlərdə, elmi səfərlərdə Qazaxıstan rəsmi nümayəndələri tərəfindən hədiyyə olunan müxtəlif eksponatlar haqqında da ətraflı məlumat vermişdir.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.