Bakının aparıcı muzeylərindən olan, şərqlə qərbin sintezini əks etdirən, orta əsr Avropa ornamentlərinə məxsus tikilmiş H.Z.Tağıyevin ev mülkü olan Milli Azərbaycan Tarixi Muzeyi öz füsunkarlığı ilə əcnəbi qonaqları özünə cəlb etmişdir.
Muzey ekspozisiyasında Azərbaycanın tarixi, mədəni irsi, keşmişini özündə əks etdirən maddi-mədəniyyət nümunələri olan eksponatlar Avropalıların böyük marağına səbəb olur. Xüsusilə də, Azərbaycanın qədim tarixi dövr ekspozisiyasında nümayiş olunan 1968-ci ildə Füzuli rayonu ərazisindən arxeoloji qazıntılar zamanı tapılmış 350-400 min il bundan əvvəl yaşamış 18-20 yaşlarında qadının alt çənə sümüyü qonaqlarda maraq doğurmuşdur. Alimlərin dünyada dördüncü hesab etdikləri, erkən paleolit dövrünə aid olan bu nadir tapıntının yaşı azərbaycanlı paleontoloq Dəmir Hacıyev, eləcə də fransız alimi Lümleyn tərəfindən təsdiq olunmuş, bu səbəbdən də Azərbaycan ərazisi «Avropanın ən qədim sakinləri» xəritəsinə daxil edilmişdir.
Bu azıxantrop adam Azərbaycanın dünyanın ən qədim dövlətlərindən biri olduğunun əyani sübutudur. Türk dünyasının bir qolu olan Azəri türkləri tarixən keşməkeşli yol keçmişdir. Başqa xalqlar tərəfindən sıxışdırılan vətənimiz heç vaxt öz qüdrətini itirməmişdir. Bu gün öz üçrəngli bayrağımızla dünyada tanınmaqdayıq. Milli Azərbaycan Tarixi Muzeyi Azərbaycanın qədim tarixini, maddi mədəniyyətini, etnoqrafiyasını, Azərbaycanın keçdiyi inkişaf yolunu və nəhayət, illər boyu Azərbaycanlıların soyqırımını bütün dünyaya tanıtmaq, qonaqları məlumatlandırmaq və təbliğ etmək missiyasını həyata keçirir.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.