XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
17 İyun, 2015
Muzey əməkdaşının Azərbaycan kəlağayıları haqqında məqaləsi

“İrs” beynəlxalq jurnalının ingilis dili buraxılışının növbəti nömrəsində Milli Azərbaycan Tarixi Muzeyinin Xüsusi fondun müdiri, t.ü.f.d. Afət Rüstəmbəyova və Ruslan Hüseynovun “Kəlağayı - XIX-XX əsrin əvvəllərində Azərbaycan qadınlarının ənənəvi baş örtüyü” adlı məqaləsi dərc olunmuşdur.


Bildiyimiz kimi, 2014-cü ildə UNESCO-nun Azərbaycan kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Ənənəvi xalq sənətinin ən mühüm sahələrindən biri də kəlağayıçılıqdır. Məqalədə orta əsrlərdə Azərbaycanda təkmilləşən və inkişaf edən kəlağayıçılıq sənətindən bəhs edilir. Burada XIX-XX əsrin birinci rübündə dekorativ-tətbiqi sənət məhsulları içərisində özünün orijinal bəzək texnikasına görə həm texnoloji, həm də məzmun etibarilə fərqlənən müxtəlif kəlağayı nümunnələri haqqında məlumat verilir.
Məqalənin tam mətni ilə “Muzey KİV-də” bölməsində tanış olmaq olar.