XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
22 İyun, 2015
Muzeyi ziyarət edən xarici qonaqların sayı çoxalır

Azərbaycan həm beynəlxalq miqyasda, həm də Avropa səviyyəsində olimpiya idmanının inkişafında parlaq məşələ çevrilib,  I Avropa oyunlarının keçirilməsilə ilk olaraq tarixə qızıl hərflərlə öz imzasını atdı.


Azərbaycan dünyada artıq idman ölkəsi kimi tanınır.
Azərbaycan dövlətinin tarixini, adət-ənənələrini, mədəniyyətini dünyaya çatdırılmasında, təbliğ edilməsində Milli Azərbaycan Tarixi Muzeyinin rolu böyükdür. Muzey bu sahədə bir çox işlər görür, tədbirlər həyata keçirir. Hal-hazırda Tarix Muzey əcnəbi qonaqların ən çox üz tutduğu məkanlardan biridir. Bu günlərdə Muzeyi ziyarət edən xarici qonaqların sayı çoxalıb. Muzeydə ekspozisiyasının təkmilləşdirilməsi, yeni eksponatlarla zənginləşdirilməsi işləri həyata keçirilir. Xüsusilə, Azərbaycanın qanlı səhifəsi olan Azərbaycanlıların soyqırımı bölməsi təzəlikcə reekspozisiya olunaraq qonaqlara təbliğ olunur.
Burada həmçinin əcnəbi qonaqların rahat məlumatlandırılması üçün ingilis dilində çap olunmuş muzeyin bələdçi kitabı, Muzeyin maddi sərvəti olan eksponarların kataloqları və mühüm tarixi əhəmiyyət daşıyan eksponatların mulyajları hazırlanıb qonaqlaraq tədim olunur.