“İrs- Наследие” beynəlxalq jurnalın növbəti buraxılışında Milli Azərbaycan Tarixi Muzeyinin direktor müavini, t.ü.f.d. Məhfuzə Zeynalovanın rus dilində “İkinci dünya müharibəsi illərində Azərbaycan diviziyası” adlı məqaləsi dərc olunmuşdur.
İkinci dünya müharibəsi illəri bəşəriyyətin XX əsrdə üzləşdiyi ən ağır və dəhşətli dövr olmuşdur. Azərbaycan xalqının bu müharibədə göstərdiyi əzmkarlıq və qəhrəmanlıqları açıqlamaq ciddi elmi-nəzəri, siyasi və əməli əhəmiyyətə malikdir. M.Zeynalova məqalədə müharibə dövründə Qızıl Ordunun tərkibində olan Azərbaycanda diviziyaları haqqında ətraflı məlumat vermişdir.
Məqalənin tam mətni ilə saytımızın “Muzey KİV-də” bölməsində tanış olmaq olar.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.