“İRS-HASLEDIE” beynəlxalq jurnalının № 3(75), 2015 buraxılışında Muzeyin keçmiş əməkdaşı t.ü.f.d Nərmin Tahirzadənin “XX əsrin əvvəllərində Bakıda neft mədənlərinə kadr hazırlığı” haqqında məqaləsi dərc edilmişdir.
Məqalədə XX əsrin əvvəllərində Azərbaycanda neft sənayesinin inkişafından bəhs edilir. Abşeron yarımadası neft yataqları ilə zəngin olduğundan Bakı nəhəng neft sənayesi mərkəzinə çevrilmişdi. Bunun üçün neft sənayesində mütəxəssis neftçi kadrlara ehtiyac var idi.
Müəllif burada neft mədənlərinə mütəxəssis kadrların hazırlanmasından və bunun üçün yaradılan peşə məktəbləri haqqında məlumat vermişdir.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.