Milli mədəniyyətin inkişafına dair materiallar Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunda xüsusi yer tutur.
Buraya görkəmli maarifçilərin, mədəniyyət xadimlərinin, tanınmış ziyalıların, habelə XIX əsrin sonu-XX əsrin əvvəllərində Azərbaycanda fəaliyyət göstərən mədəni-maarif və xeyriyyə cəmiyyətlərinə aid materiallar daxildir.
Muzeyin Sənədli Mənbələr Fondunda köhnəlib sıradan çıxmış fond materialları bərpa olunmuş, inventar kitabları yenidən işlənmiş, təzələri ilə əvəz olunmuşdur.
Fond müdiri M.Əliyeva qeyd edir ki, fonda daxil olmuş yeni materiallar ilkin işlənərək, inventar kitabında qeydiyyatdan keçirilmişdir. Cari ildə fond materiallarının elektron siyahıya alınması və pasportlaşdırılması işləri davam etdirilir. Bir neçə eksponat aktlaşdırılıb restavrasiya üçün Muzeyin Bərpa laboratoriyasına verilib. Fonda müraciət edən müxtəlif yerli və xarici təşkilatlara və tədqiqatçılara (o cümlədən, televiziya şirkətlərinə, Elmlər Akademiyasının müvafiq institut və təşkilatlarına, və s.) metodiki və əməli yardım göstərilir.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.